Nexia EA

Xəbərlər

Xəbərlər

06.07.2021

Qlobal müstəqil audit və konsaltinq şirkətləri şəbəkəsi olan Nexia International sonuncu Beynəlxalq Mühasibat Bülleteni (IAB) Dünya sorğusuna görə xidmət haqlarına əsasən ölçülən sıralamada şəbəkənin keçən ildən bəri bir pillə irəliləyərək 8-ci ən böyük qlobal audit şəbəkəsi olduğunu elan etməkdən məmnunluq duyur.2020-ci ildə Nexia-nın ümumi şəbəkə üzrə gəlirləri 2019-cu ilə nisbətən 5% artaraq 4,5 milyard ABŞ dolları olmuşdur.
Nexia International-ın Baş İcraçı Direktoru Kevin Arnold nəticələr barədə rəy bildirərkən deyib: ''Qlobal reytinqlərdə 8-ci pilləyə yüksəldiyimizdən və son on ildə əldə etdiyimiz davamlı artımdan son dərəcə məmnunam. Bu əlamətdar nailiyyət üzv şirkətlərimizin yüksək keyfiyyətini və öz müştərilərinə verdikləri dəyəri əks etdirir. Son on iki ay hamı üçün çətin bir dövr oldu, lakin Nexia şəbəkəsi böyüməyə və üzv şirkətlərə və müştərilərinə təkliflərini inkişaf etdirməyə davam etdi. Bütün Nexialılar bu uğurla fəxr edirlər.”