Xidmətlərimiz

Digər vergi xidmətləri

Qlobal provayderlə işləməyin üstünlüyü kimi biz strateji qərarların qəbul edilməsi üçün qlobal vizuallığı təmin etməklə, vergi idarəetməsi və nəzarətin asanlaşdırılmasına kömək edirik.

Hərtərəfli vergi yoxlamaları, pul vəsaitlərinin hərəkətinin planlaşdırılması, vergi yoxlaması zamanı yardım, mübahisələr zamanı hüquqi dəstək, vergi təlimi, vergi araşdırması xidmətləri, Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (FATCA), DTA formalarının alınmasına yardım (İkiqat Vergitutmanın aradan qaldırılması üzrə müqavilələrdən faydalanmaq üçün ) və gömrük rüsumu üzrə məsləhətlər Nexia-nın Vergi və Hüquq üzrə mütəxəssis komandası tərəfindən təqdim edilən xidmətlərdir.

Bizim vergi yoxlaması üzrə əsas məqsədimiz müştəri üçün vergi riski daşıyan sahələri, o cümlədən vergiyə qənaət imkanlarını müəyyən etməkdir.

Bu xidmət növü Müştərinin vergi hesablamalarının və bəyannamələrinin nəzərdən keçirilməsini, habelə müqavilələr, hesab-fakturalar, bank ödəniş sənədləri, ezamiyyət siyahıları, sertifikatlar və s. kimi (təsadüfi seçilmiş) ilkin sənədlərin razılaşdırılmış vaxt üzrə yoxlanılmasını nəzərdə tutur. Biz Müştərinin vergi hesablama texnikasının qanunla müəyyən edilmiş tələblərə uyğunluq səviyyəsini, həmçinin vergi riski və qənaət imkanlarını qiymətləndirəcəyik.

Vergi yoxlaması xidmətlərimizə aşağıdakılar da daxil olmaqla, lakin bunlarla da məhdudlaşmadan müştərilərin vergi öhdəliklərinin nəzərdən keçirilməsi daxildir:

  • Hüquqi şəxslərin mənfəət vergisi
  • Əlavə dəyər vergisi (ƏDV)
  • Ödəmə mənbəyindən tutulan vergi
  • Fiziki şəxslərin gəlir vergisi
  • Sosial sığorta tutulmaları

Vergi yoxlaması prosesi eyni zamanda aşağıdakıların nəzərdən keçirilməsini də əhatə etməlidir:

  • Təchizatçılarla müqavilələr;
  • Həm HPBS, həm də HPBS olmayan müştərilərlə müqavilələr;
  • Keçmiş vergilərlə bağlı xarici məsləhətçilər tərəfindən verilmiş ciddi məsləhətlər;
  • Vergi planlaşdırması/vergilərin azaldılması üçün həyata keçirilən vergi strukturları;
  • Vergi, yaxud digər müvafiq qurumlarla əsas vergi məsələləri üzrə yazışmalar (varsa);
  • Əvvəlki illərin vergi auditi hesabatları (varsa) ;

Biz vergi araşdırması nəticəsində bu məsələlərin effektiv həllinə dair tövsiyələrimizi əks etdirən yazılı hesabat dərc edəcəyik.

Biz audit və təftiş zamanı aşağıdakılar da daxil olmaqla, vergi və hüquqi dəstək (Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) də təmin edirik:

  • Dövlət rəsmiləri ilə yazışmalarda kömək;
  • Dövlət qurumlarından olan müfəttişlərlə görüşlərin təşkil edilməsi;
  • Auditorların tələb etdiyi sənədlərin və məlumatların hazırlanması;
  • Audit və təftiş ilə bağlı dövlət qurumları tərəfindən tərtib edilmiş sənədlərin (fərman, sərəncam və s.) yoxlanılması;
  • Müfəttişlərin hərəkətlərindən şikayətlərin hazırlanması.

Bizim vergi xidmətlərimizə daxildir:

  • Vergi uçotu siyasətinin hazırlanması;
  • Vergitutma nöqteyi-nəzərindən biznes müqavilələrinin nəzərdən keçirilməsi;
  • Dövlət Vergi Xidmətindən (müxtəlif) vergilərin ödənilməsini təsdiq edən arayışların alınması;
  • Vergilərlə bağlı digər məsələlərin həll edilməsi.

Biz öz müştərilərimizə müntəzəm olaraq xidmət göstərmək istəyirik. Biz biznes məqsədlərinizə çatmağınıza kömək edəcək yüksək keyfiyyətli sərfəli xidmətlər təmin etmək üçün yüksək texnologiya və ən uğurlu təcrübələrdən istifadə edirik.