Xidmətlərimiz

Vergi hesabatlılığı

Effektiv vergi hesabatlılığı istənilən bir biznesin uğurlu şəkildə idarə edilməsi üçün çox vacibdir. Biz sizin vergi hesabatlarınıza və uyğunluq ilə bağlı tələblərinizə ciddi yanaşırıq.

Siz Nexia Azərbaycan-ı seçdikdə, müvafiq vergi orqanlarının hesabatvermə tələblərinə cavab verməkdə təcrübəli komanda ilə işləyəcəksiniz və biz hesabatların təqdim edilməsi üzrə təyin edilmiş son tarixlərdən əvvəl hesabatları tamamlayaraq müvafiq qurumlara təqdim edəcəyik.

Dünyanın istənilən ölkəsində şirkət qurmağa qərar verməzdən əvvəl həmin biznesin maya dəyərini müəyyən etmək üçün ilk növbədə xərclər hesablanmalıdır.

Azərbaycanda bizneslə məşğul olmaq üçün əsas vergilər aşağıdakılardır:

  • Əlavə Dəyər Vergisi –mallara və xidmətlərə tətbiq edilən əlavə dəyər;
  • Ödəmə mənbəyindən tutulan vergi - Qeyri-rezident hüquqi şəxslərin və fərdi sahibkarların mülkiyyətindən, eləcə də Qeyri-rezidentə ödənişlərdən müvafiq vergi tutulur
  • Hüquqi şəxslərin mənfəət vergisi –Korporativ hüquqi şəxsin gəliri ilə gəlirdən çıxılan xərc arasındakı fərq korporativ mənfəət sayılır.
  • Fiziki şəxslərin gəlir vergisi – İşəgötürən tərəfindən işçinin əmək haqqından tutularaq birbaşa dövlət büdcəsinə ödənilən vergi
  • Əmlak vergisi –hüquqi müəssisənin balansında olan əmlak üzrə ödənilən vergi;

Bu vergilərin dəyəri vaxtaşırı və müəssisənin, biznesin, sənayenin növündən asılı olaraq dəyişə bilər. Biz onu da başa düşürük ki, hər bir müəssisənin öhdəliklərinin yerinə yetirilməsi və hesabatvermə ilə bağlı fərqli tələbləri var. Biz hər bir müştərinin unikal vəziyyətini qiymətləndirir, biznes və şəxsi maliyyə hədəflərinə uyğun gələn strategiyalar tövsiyə edirik. Biz müştərilərimizin yüksək keyfiyyət və az məsrəflə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı missiyalarına çatması üçün uyğunluq və hesabatvermə prosesləri ilə bağlı riskləri azaltmaqla, öz xidmətlərimizi uyğunlaşdırırıq.

Məlumat bəyannamələrinin hazırlanması və sənədləşdirilməsi vaxt aparan və xəta riski daşıyan proses ola bilər. Bizim peşəkar mütəxəssislərimiz əməliyyat yükünün və xəta riskinin azaldılması məqsədilə müxtəlif səviyyələrdə dəstək göstərə bilərlər. Bizim vahid autsorsinq modelimiz üçün sənədlərin tamamlanmasını sürətləndirmək məqsədilə şablon cədvəllərin təqdim edilməsi kimi ilkin səviyyədə yardım göstərilə bilər. Nexia Azərbaycan komandası həmin şablonlar vasitəsilə sizin ilkin məlumatlarınızdan istifadə edərək müvafiq formaya salacaq və sizin adınızdan yerli vergi orqanına göndərəcək.

Əgər sizə vergi hesabatlılığı sahəsində kömək lazım olsa, siz bizim mütəxəssislərimizə zəng edə və onların mütəxəssis biliyindən yararlana bilərsiniz.

Bizim peşəkar mütəxəssislərimiz texniki və iqtisadi təcrübəyə malik olduğundan, bu təcrübə bizə biznes məsələlərini qiymətləndirməyə və sizin vergi hesabatlarına uyğunluq ilə bağlı tələblərinizə praktiki yanaşma təmin etməyə imkan verir. Bizim mütəxəssislərimiz ödəmə mənbəyindən verginin tutulması və hesabatvermə şərtləri ilə bağlı şirkətlərə mütəmadi olaraq məsləhətlər verir. Biz inanırıq ki, peşəkar komandamız sizin vergi hesabatlarının təqdim edilməsi ilə bağlı tələblərinizə yüksək səviyyədə cavab vermək gücünə malikdir.