Haqqımızda

Şirkətimiz haqqında qısa məlumatı nəzərinizə çatdırırıq. Şirkətimiz – Nexia EA MMC, Nexia International beynəlxalq audit şirkətinin Azərbaycandakı rəsmi təmsilçisidir. Bununla bağlı bildirmək istərdik ki, Nexia International dünyanın ən böyük 10 audit və konsaltinq şirkətlərindən biridir və baş ofisi Böyük Britaniyanın London şəhərində olmaqla dünyanın 105-dən artıq ölkəsində fəaliyyət göstərir və 20,000 nəfərdən çox partnyor və işçi heyəti vardır. Şirkətimizin audit, vergi və hüquq, konsaltinq, mühasibatlıq və digər peşəkar sahələrdə bacarıqlı və təcrübəli işçi heyəti vardır.

Bütün görülən işlərin ən yüksək səviyyədə olmasını təmin etmək üçün şirkətimiz və layihə heyətimiz geniş idarəçilik prosedurlarına sahibdir. Biz həmçinin AMCHAM, GACC və digər nüfuzlu təşkilatların üzvüyük...

Ətraflı...
06.07.2021
Nexia International səkkizinci ən böyük qlobal audit şirkətləri şəbəkəsi oldu...

Qlobal müstəqil audit və konsaltinq şirkətləri şəbəkəsi olan Nexia International sonuncu Beynəlxalq Mühasibat Bülleteni (IAB) Dünya sorğusuna görə xidmət haqlarına əsasən ölçülən sıralamada şəbəkənin keçən ildən bəri bir pillə irəliləyərək 8-ci ən böyük qlobal audit şəbəkəsi olduğunu elan etməkdən məmnunluq duyur.2020-ci ildə Nexia-nın ümumi şəbəkə üzrə gəlirləri 2019-cu ilə nisbətən 5% artaraq 4,5 milyard ABŞ dolları olmuşdur...

Ətraflı...