Şirkətimiz müştərilərin hər cür audit sorğularını qarşılamağa hazırdır və bununla əlaqədar olaraq digər audit xidmətlərini də təklif edir:
Daxili audit prosedurlarına daxili yoxlamanın nəzərdən keçirilməsi, əməliyyatların nəzərdən keçirilməsi, müvafiq qanun və qaydalara uyğun fəaliyyətin təmin edilməsi, daxili yoxlamanın qiymətləndirilməsi, daxili yoxlamanın təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin verilməsi və saxtakarlıq hallarının araşdırılması daxildir. Aşkar olunmuş nəticələr ilə bağlı məlumatlar təqdim edilməli, Audit komitəsi, yaxud Direktorlar Şurası tərəfindən təyin edilmiş digər xüsusi tapşırıqlar nəzərə alınmalıdır.
Daxili audit şirkətin risklərin idarə edilməsi, ümumi idarəetmə və daxili nəzarət mexanizmlərinin işlək vəziyyətdə olduğuna müstəqil zəmanət verir. Daxili audit məsələyə qərəzsiz və obyektiv olaraq baxmalıdır və bunun üçün məsuliyyəti daşıyır. Bu, bizim nəzərdən keçirdiyimiz fəaliyyətlərdən müstəqil olmalı və şirkətin ən yüksək səviyyədə rəhbərliyinə çatdırılmalıdır.
Biznes fəaliyyətlərinin auditi şirkətin əməliyyatlarının daha səmərəli, məhsuldar, effektiv ola biləcəyi sahələri müəyyən etməyə çalışır və əsas proseslərə, prosedurlara, sistemlərə və daxili nəzarətə diqqət yetirir. Bundan başqa, audit işə qəbul və işdən çıxarılma prosedurlarını yoxlaya bilər.
Əməliyyatların auditi risk və imkanların müəyyən edilməsi, proseslərin optimallaşdırılması və müəssisənin daxili standartlara uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.
Qanunauyğunluğun auditi müəssisənin daxili siyasət və prosedurlarının fəaliyyət göstərdiyi hüquqi mühitin qanun və qaydalarına uyğunluğunu qiymətləndirir.
Qanunauyğunluğun auditi müəssisənin tənzimləyici təlimatlara riayət etməsini yoxlamaq, şirkətin daxili nəzarətə, korporativ nizamnaməyə, strategiya və prosedurlara əməl edib-etmədiyini müəyyən etmək üçün həyata keçirilir.
İnformasiya sisteminin auditi sistemin hazırladığı məlumatların etibarlı olması üçün təhlükəsizlik sisteminin, informasiya təhlükəsizliyi strukturunun etibarlılığını və sistemin bütövlüyünü qiymətləndirir və yoxlayır.
İnformasiya sisteminin audit edilməsinin məqsədi informasiya sistemlərinin şirkətin aktivlərini qoruyub-qorumadığını, saxlanılan və təqdim edilən məlumatların bütövlüyünü qoruyub-qorumadığını, korporativ məqsədləri effektiv şəkildə dəstəkləyib-dəstəkləmədiyini və sistemin səmərəli işləyib-işləmədiyini müəyyən etməkdir.
Məhkəmə auditinin məqsədi dələduzdluq olduğu halda, hansı dələduzluğun olduğunu və nə zaman baş verdiyini müəyyən etmək, dələduzluq nəticəsində dəymiş zərəri qiymətləndirmək və gələcəkdə bənzər halların baş verməməsi üçün həll yolları təklif etməkdir.
Məhkəmə auditi bir qayda olaraq həm mühasibat uçotu, həm də tədqiqat üzrə biliyi olan məhkəmə mühasibi tərəfindən həyata keçirilir. Spesifik bir məsələyə cavab olaraq maliyyə sorğusu aparan proses növü məhkəmə mühasibat ekspertizası adlanır. İstintaqın nəticələri tez-tez məhkəmədə sübut kimi, yaxud səhmdarlar arasında yaranan mübahisələrin həll edilməsi üçün istifadə olunur
Razılaşdırılmış prosedur, auditorların müştərinin razılıq verdiyi prosedurları qiymətləndirdiyi bir növ mənfi əminlik tapşırığıdır. Razılaşdırılmış prosedurların keçirilməsində məqsəd auditor, müəssisə və istənilən bir üçüncü şəxs tərəfindən audit prosedurlarının həyata keçirilməsini təmin etmək və auditor, müəssisə və istənilən bir üçüncü şəxsin razılaşdığı aşkarlanmış faktlarla bağlı hesabat verməkdir. Fərdi maliyyə məlumatlarının elementləri ( debitor və kreditor borclar, müvafiq tərəfdən satınalma, biznes seqmentinin satışı və mənfəəti kimi kimi) , maliyyə hesabatı ( balans hesabatı kimi), yaxud bütün maliyyə hesabatları belə prosedurların əsas yoxlama predmeti ola bilər.
Maliyyə və qeyri-maliyyə məlumatları daxil olmaqla, razılaşdırılmış prosedurda iştiraka dair nümunələr aşağıda verilmişdir: