Xidmətlərimiz

Mühasibatlıq xidmətləri

Hər bir müəssisə öz məlumatlarının etibarlı şəkildə saxlanılmasını, dəqiq mühasibat uçotunun aparılmasını, o cümlədən hesabatların düzgün təqdim edilməsini istəyir.

Sizin mühasibatlıq məlumatları ilə bağlı tələbləriniz müəssisənizin miqyasından və strukturunun mürəkkəbliyindən asılı olaraq dəyişir, lakin bütün hallarda etibarlı informasiya investor və ictimaiyyət qarşısında, o cümlədən müəssisənin özündə müəssisə dəyərlərinə inamın yaradılması üçün əsas ön şərtdir. Nexia-nın peşəkar mütəxəssisləri yüksək keyfiyyətli mühasibatlıq və biznes xidmətlərinin təmin edilməsindən daha çox iş görürlər.

Bizim mühasibatlıq komandamız maliyyə uçotu işinin təşkil edilməsinə və qorunub saxlanılmasına, məlumatların vaxtında işlənilməsinə, yerli mühasibatlıq və vergi tələblərinə, idarəetmə ehtiyaclarına uyğun maliyyə və vergi hesabatlarının hazırlanmasına kömək edə bilər. Mühasibat uçotunun aparılması üzrə outsorsinq xidmətlərimizdən istifadə etməklə müştərilər ixtisaslı mühasiblərdən təşkil olunmuş komandamızdan, daha səmərəli və dəqiq maliyyə xidmətlərindən, o cümlədən xərclərin və risklərin azaldılması imkanından yararlana bilər.

Bizim mühasibatlıq xidmətlərimiz aşağıdakı fəaliyyətləri əhatə edir:

  • Qanunla müəyyən edilmiş standartlara və Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gündəlik mühasibatlıq xidmətlərinin təmin edilməsi
  • Hesabatların hazırlanması və dövlət orqanlarına təqdim edilməsi
  • Mühasibatlığın yaradılması və optimallaşdırılması
  • Mühasibatlığın və vergiyə uyğunluğun təftişi(auditi)
  • Əsas vəsaitlərin inventarizasiyası
  • Əsas mühasibat kitabı
  • Jurnalda qeydiyyat və hesablamaların aparılması
  • Razılaşdırılmış hesablar planında aylıq sınaq balanslarının qurulması
  • Depozit hesab və bank hesabı üzrə əməliyyatların aparılması
  • İllik hesabatvermə
  • Bank hesabının yaradılması və üzləşdirilməsi
  • Amortizasiya cədvəllərinin hazırlanması
  • Əmək haqqının hesablanılması xidmətləri

Ödənişlərin həyata keçirilməsi, hesab-fakturaların hazırlanması, gəlirlərin uçotunun aparılması, bank əməliyyatlarının icra edilməsi ilə yanaşı biz həm də müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün onlara dövri olaraq idarəetmə uçotu ilə bağlı məlumat və hesabat təqdim edirik. Bu cür hesabatların forması və həmin hesabatlara daxil ediləcək məlumatlar dəyişkən ola bilər və hər bir müştərinin biznesinin hesabatvermə ehtiyaclarına uyğun olaraq hazırlana bilər.

Siz mühasibat uçotu və hesabatvermə üzrə peşəkar mütəxəssisləri işə götürmədən belə asanlıqla həmin mütəxəssislərə çıxış imkanı əldə edəcəksiniz. Əgər sizin biznesiniz varsa, lakin daxili mühasibiniz kifayət qədər ixtisaslı deyilsə və ya iş axını ilə ayaqlaşa bilmirsə, biz sərfəli qiymətlərlə ən səmərəli mühasibatlıq həllərini təmin edə bilərik. Bizim mühasibatlıq xidmətlərimiz sizə xərclərinizi azaltmağa və işlərinizi səmərəli idarə etməyə kömək edəcək.

İstənilən halda, biz sizin özəl tələblərinizə cavab vermək üçün ilk növbədə cavabdeh olduğumuz vəzifələri müəyyən edəcəyik və daha sonra mühasibat xidməti paketini hazırlayacağıq.

Sonuncu olaraq, bizi seçməyin ən böyük üstünlüklərindən biri də odur ki, siz gələcək planlarınızın qurulması ilə bağlı bizdən məsləhət ala bilərsiniz. Siz köhnə ayların hesabatlarını bizə təqdim edə bilərsiniz və biz sizin biznesinizin mövsümi olub-olmadığını araşdıra bilərik.

Biznes sahibi kimi siz öz biznesinizi idarə etmək üçün gündəlik fəaliyyətlərlə məşğul olmalısınız. Bununla belə, biz sizin biznesinizin uzunömürlülüyünü dəstəkləmək üçün ən uğurlu yolun müəyyən edilməsi məqsədilə geriyə qayıdaraq böyük mənzərəyə obyektiv baxa bilərik.