DİGƏR VERGİ XİDMƏTLƏRİ

Qlobal provayderlə işləməyin üstünlüyü olaraq biz strateji qərarların qəbul edilməsi üçün qlobal baxış təqdim edir, vergi idarəetməsi və nəzarətin asanlaşdırılmasına dəstək oluruq.

Hərtərəfli vergi yoxlamaları, pul vəsaitlərinin hərəkətinin planlaşdırılması, vergi yoxlaması zamanı dəstək, mübahisələr zamanı hüquqi yardım, vergi təlimi, vergi araşdırması xidmətləri, Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) üzrə uyğunluq, DTA formalarının əldə olunmasına yardım (ikiqat vergitutmanın aradan qaldırılması müqavilələrindən yararlanmaq üçün) və gömrük rüsumları üzrə məsləhətlər Nexia-nın Vergi və Hüquq komandası tərəfindən təqdim olunur.

Vergi yoxlaması üzrə əsas məqsədimiz müştəri üçün vergi riski yaradan sahələri, eləcə də vergiyə qənaət imkanlarını müəyyən etməkdir.

Bu xidmət növü müştərinin vergi hesablamalarının və bəyannamələrinin nəzərdən keçirilməsini, həmçinin müqavilələr, hesab-fakturalar, bank ödəniş sənədləri, ezamiyyət siyahıları, sertifikatlar və digər ilkin sənədlərin (təsadüfi seçmə əsasında) razılaşdırılmış müddət ərzində yoxlanılmasını əhatə edir.

Biz müştərinin vergi hesablaması metodlarının qanunvericiliyin tələblərinə uyğunluq səviyyəsini qiymətləndirir, eyni zamanda vergi risklərini və qənaət imkanlarını təhlil edirik.

Vergi yoxlaması xidmətlərimizə aşağıdakılar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan müştərilərin vergi öhdəliklərinin nəzərdən keçirilməsi daxildir:

  • Hüquqi şəxslərin mənfəət vergisi
  • Əlavə dəyər vergisi (ƏDV)
  • Ödəmə mənbəyindən tutulan vergi
  • Fiziki şəxslərin gəlir vergisi
  • Sosial sığorta tutulmaları

Vergi yoxlaması prosesi eyni zamanda aşağıdakıların nəzərdən keçirilməsini də əhatə edir:

  • Təchizatçılarla müqavilələr
  • Həm HPBS, həm də HPBS olmayan müştərilərlə müqavilələr
  • Keçmiş vergilərlə bağlı xarici məsləhətçilər tərəfindən verilmiş mühüm tövsiyələr
  • Vergi planlaşdırması və vergilərin azaldılması üçün tətbiq olunan vergi strukturları
  • Vergi və ya digər müvafiq qurumlarla əsas vergi məsələləri üzrə yazışmalar (əgər mövcuddursa)
  • Əvvəlki illərə aid vergi auditi hesabatları (əgər mövcuddursa)

Biz vergi araşdırması nəticəsində bu məsələlərin effektiv həllinə dair tövsiyələrimizi əks etdirən yazılı hesabat təqdim edirik.

Biz audit və təftiş zamanı aşağıdakılar da daxil olmaqla, vergi və hüquqi dəstək (Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) təmin edirik:

  • Dövlət rəsmiləri ilə yazışmalarda kömək
  • Dövlət qurumlarının müfəttişləri ilə görüşlərin təşkil edilməsi
  • Auditorların tələb etdiyi sənədlərin və məlumatların hazırlanması
  • Audit və təftişlə bağlı dövlət qurumları tərəfindən tərtib edilmiş sənədlərin (fərman, sərəncam və s.) yoxlanılması
  • Müfəttişlərin hərəkətlərindən şikayətlərin hazırlanması

Bizim vergi xidmətlərimizə aşağıdakılar daxildir:

  • Vergi uçotu siyasətinin hazırlanması
  • Vergitutma baxımından biznes müqavilələrinin nəzərdən keçirilməsi
  • Dövlət Vergi Xidmətindən müxtəlif vergilərin ödənilməsini təsdiq edən arayışların alınması
  • Vergilərlə bağlı digər məsələlərin həll edilməsi

Biz müştərilərimizə davamlı və etibarlı xidmət göstərməyi hədəfləyirik. Biznes məqsədlərinizə çatmağınıza kömək etmək üçün yüksək texnologiyalardan və qabaqcıl təcrübələrdən istifadə edərək keyfiyyətli və sərfəli xidmətlər təqdim edirik.