Xidmətlərimiz

Autstaffinq

Xaricdə yerli şirkətin qurulması prosesinin çox vaxt apardığını və maliyyə cəhətdən çox məsrəfli olduğunu nəzərə alsaq, autsatffinq modeli daha da aktuallaşır.

Biz işəgötürən podratçı şirkət olaraq, yerli ofisi olmayan xarici şirkətin adindan çıxış edib, onların işçilərinin rəsmiləşdirilməsini və işçilərə əmək haqqının ödənilməsini təmin edirik. Autstaffinq xidmətlərimiz işçilərin kompleks və ölkədəki tələblərə uyğun işə götürülməsini, və insan resurslarının idarə edilməsini nəzərdə tutur, müştəri isə əsas biznes fəaliyyətinə və işçilərin fəaliyyətinə fokuslanır.

Biz ödənişlərin təhlükəsiz şəkildə və vaxtında həyata keçirilməsini, sərfəli müavinət paketi və işçilərin qanunvericiliyə tam uyğun şəkildə işə götürülməsini təmin edirik.

Bununla belə, biz namizədi seçmirik, müştəri özü namizədi seçdikdən sonra bu prosesə cəlb olunuruq.

Bundan əlavə, podratçı şirkəti işçini idarəedən tərəf olmasa da, işçini işəgötürən tərəf kimi qeydiyyatdan keçir. Əsl işəgötürən isə təzminatın ödənilməsi, vəzifə öhdəlikləri, layihələr və xitamvermə ilə bağlı qərar verən şəxs hesab olunur.

Autstaffinq şirkəti, müştəri ilə konsultasiya əsasında aşağıdakı fəaliyyətləri/funksiyaları yerinə yetirir:

Vergi qeydiyyatı

Podratçı şirkət yerli işəgötürən kimi vergi orqanlarında qeydiyyata alınır. Bu o deməkdir ki, onlar işçilərin ödənişlərindən müəyyən vergiləri (məsələn, gəlir vergisi və əmək haqqından digər tutulmalar) tutmalıdırlar. Bundan əlavə, onlar bu məbləğlərlə bağlı məlumatları müntəzəm olaraq səlahiyyətli orqanlara təqdim etməli və hesabatvermə ilə bağlı tələblərə əməl etməlidirlər.

Əmək haqqının hesablanması

Autstaffinq şirkəti bütün işçilərin əmək haqqılarını yerli qanunvericilikdə tətbiq olunan hüquqi tələblərə uyğun olaraq hesablayır. Buraya zəruri tutulmaların idarə edilməsi, borca görə əmlakına həbs qoyulmuş tərəfin vəsaitinin idarə edilməsi, xərclərin əvəzinin ödənilməsi və məzuniyyət hüququnun idarə edilməsi daxildir.

Ödəniş metodu və dövrü seçilərkən hüquqi öhdəliklər, yerli şərait və müştəri şirkətin istəkləri nəzərə alınır.

Müavinətlər və sosial sığorta haqları

Autstaffinq şirkəti işçilər üçün müavinət fonduna ödənişlər, tibbi sığorta ödənişləri, işsizliyə görə müavinət və digər ödənişləri həyata keçirir.

Əmək müqavilələri

Autstaffinq xidmətlərinin göstərilməsi zamanı əmək qanunvericiliyinə uyğun olaraq işçilərin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi həyata keçirilir. Belə müqavilələr müddətli, müddətsiz və ya sınaq müddətli ola bilər.

Əmək müqaviləsinə xitamvermə və ya müddətin uzadılması

Autstaffinq şirkəti müştəri şirkətin istəyi əsasında və qanunla icazə verildikdə, işçiləri işdən çıxara bilər. Eynilə, müqavilə müddəti bitdikdə işçilərin əmək müqaviləsinin müddəti yenilənə bilər.

Autstaffinq xidmətlərimiz sizin ehtiyaclarınıza uyğunlaşdırıla biləcək çoxşaxəli dəstəyi əhatə edir. Bizimlə əlaqə saxlayın ki, mütəxəssislərimiz ehtiyaclarınıza uyğun düzgün həll yolunu tapmaqda sizə köməklik göstərsin.